Ermənistanda Rusiyanın düşmənləri artıb

Ermənistanda Rusiyanın düşmənləri artıb
  27 Oktyabr 2016    Oxunub:2561
Ermənistanda Rusiyanı dost hesab edənlərin sayı xeyli azalıb, düşmənlərinin sayı isə artıb.

AzVision.az xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankının İnteqrasiya araşdırmalar mərkəzinin illik tədqiqatında məlumat yer alıb.

Qeyd edilib ki, Ermənistanda Rusyanın dost ölkə olması qavrayışı 86% -dən 69% -ə qədər azalıb.

Ermənistanda əvvəlki illərdə bu göstərici yüksək olub - 2015-ci ildə 86% təşkil edirdisə, 2014-cu ildə - 87% olub:
“Görünür, buna Rusiya şirkətləri tərəfindən Ermənistana nəql edilən enerji qiymətinin bahalaşmasına və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Rusiyanın göstərdiyi mövqeyi təsir edib” - sənəddə vurğulanıb.

Ermənilərin Gürcüstana da mövqeyi Rusiyadan fərqlənmir. Belə ki, ermənilərin gürcülərə dost kimi baxma səfiyyəsi iki dəfə azalıb - 27% -dən 13% -ə qədər düşüb: “Bu gün Ermənistan vətəndaşlarının yalnız 14% -i inteqrasiya proseslərinin perspektivləri barəsində nikbin əhval-ruhiyyədədir. Respublikanın hər beşinci sakini pessimizm mövqeyini bölüşür, əhalinin təxminən yarısı isə heç bir dəyişiklik gözləmir. Ermənistan vətəndaşları arasında postsovet məkanında iqtisadi birliklərə qarşı müsbət münasibətdə mənfi cəhətdən ciddi dəyişiklik var. Görünür, ölkə əhalisinin ictimai şüurunda mürəkkəb mənfi irəliləyişlər Ermənistanın xarici və daxili siyasi vəziyyəti ilə bağlıdır”.

Ermənistanda 2016-ci ildə dost olmayan ölkə kimi Azərbaycan və Türkiyə ilk sıralarda durur. Azərbaycan və Türkiyəyə qarşı nifrət beş illik maksimuma çatıb. Sorğuda iştirak edən şəxslərin 97 faizi Azərbaycanı, 83 faizi isə Türkiyəni dost ölkə kimi qəbul etmir.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti