İlham Əliyev Kirillə təbrik məktubu göndərdi

İlham Əliyev Kirillə təbrik məktubu göndərdi
  22 Noyabr 2016    Oxunub:2216
Azərbaycan prezidenti İlham Əliyev Moskva və bütün Rusiyanın patriarxı Kirillə 70 illik yubileyi münasibətilə təbrik məktubu göndərib.
AzVision.az “Vestnik kafkaza”-ya istinadən xəbər verir ki, təbrik məktubunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə ilə Patriarx Kirill arasında keçirilən görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu oxuyub.

Təbrik məktubunda deyilir:

“70 illik yubileyiniz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin. Sizin ümumbəşəri dəyərlərin təsdiqinə, sülh və anlaşmaya, sivilizasiyalararası dialoqun dərinləşməsinə, mədəniyyətlərarası və millətlərarası münasibətlərin möhkəmlənməsinə yönələn ali missiyanız Sizə böyük ehtiram və hörmət qazandırıb.

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dost və mehriban qonşuluq əlaqələrinin möhkəmləndirilməsi, eləcə də xalqlarımız arasında dinlərarası və konfessiyalararası dialoqun inkişafına dair planınız Azərbaycanda yüksək qiymətləndirilir. Bu əlamətdar gündə sizə səmimi qəlbdən bütün işlərinizdə uğurlar, uzun ömür və can sağlığı arzulayıram”.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti