Neftçilərin axtarışına dronlar cəlb olunub - Fotolar
24 saat boyunca növbəli şəkildə, intensiv olaraq bu istiqamətdə işlər davam etdirilir. Estakada qalıqlarının təmizlənməsində məqsəd, qalıqlar arasında itkin düşmüş neftçilərin olma ehtimalıdır. Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin “Avior” dalğıc gəmisi və digər yardımçı dalğıc gəmiləri sutka boyu, ehtimal olunan bütün istiqamətlər üzrə növbəli şəkildə axtarış-xilasetmə işlərində iştirak edir.
Eyni zamanda, göyərtəsində heyətsiz sualtı aparatlar quraşdırılan “Məmməd Süleymanov” və “Təbriz Xəlilbəyli” axtarış-xilasetmə gəmiləri vasitəsilə ətraf akvatoriyanın sualtı hissəsi yoxlanılır. Müdafiə Nazirliyinə və Dövlət Sərhəd Xidmətinə məxsus olan bir necə ədəd “DRON” tipli pilotsuz uçan aparatlar helikopterlərlə yanaşı, müəyyən olunan sektorlarda axtarış-xilasetmə əməliyyatına cəlb olunublar.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidməti 2 ədəd 6 metrlik qayıqda 6 nəfər dalğıc, nazirliyin N saylı hərbi hissələrindən 191 nəfər şəxsi heyət olmaqla Qobustan rayon ərazisində və bütün sahilboyu ərazilərdə vizual axtarışlara cəlb olunub.
AzVision.az