Milli Məclis dünya azərbaycanlılarına müraciət etdi

Milli Məclis dünya azərbaycanlılarına müraciət etdi
  30 Dekabr 2016    Oxunub:1853
Milli Məclis 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına müraciət ünvanlayıb.
AzVision.az xəbər verir ki, müraciəti Milli Məclisin vitse-spikeri Bahar Muradova oxuyub. Müraciətdə bildirilib ki, Azəraycanın diaspor təşkilatları inkişaf edib möhkəmlənir.

Qeyd olunub ki, onlar vətəndaşlarımızın müdafiəsi ilə bağlı daha yaxşı işlər görməkdədirlər: “Dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar bütün səylərini birləşdirsələr, o zaman Dağlıq Qarabağ problemi də həll olunar. Biz bütün dünya azərbaycanlılarını milli birliyə çağırırıq. Hər kəsi təbrik edirik. Möhkəm can sağlığı, ailə xoşbəxtliyi və nurlu gələcək arzu edirik”.

Daha sonra Milli Məclisin spikeri Oqtay Əsədov deputatlar adından Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib və uğurlar arzulayıb. O, qeyd edib ki, payız sessiyası dövründə 195 qanun və qərar qəbul edilib. Milli Məclisin üzvləri dünyanın 24 ölkəsinə 50-dən çox səfər edib. Sessiya dövlət himninin səsləndirilməsi ilə başa çatıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti