Gəncənin bir hissəsində qaz yoxdur

Gəncənin bir hissəsində qaz yoxdur
  26 Yanvar 2017    Oxunub:1637
Aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar yanvarın 26-da 09:00-dan 18:00-dək Gəncə şəhərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
“Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, aparılan işlərin Mingəçevir şəhərinin bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi də mümkündür.

“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti