Hava yenidən pisləşəcək - Xəbərdarlıq

Hava yenidən pisləşəcək - Xəbərdarlıq
  26 Yanvar 2017    Oxunub:5041
Bakı və Abşeron yarımadasında yanvarın 27-si gündüzdən ayın sonunadək hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, arabir güclənən şimal-qərb küləyinin əsəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, arabir yağış yağacaq, bəzi yerlərdə sulu qara, qara keçəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə enəcək.

Şimal və qərb rayonlarından başlayaraq Azərbaycanın rayonlarında yanvarın 27-dən ayın sonunadək hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 4-7 dərəcə enəcək. Yolların buz bağlama ehtimalı var.

Eyni zamanda sabah Bakı və Abşeron yarımadasında yanvarın 27-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3, gündüz 4-7, Bakıda gecə 1-3, gündüz 4-6 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 65-75 faiz təşkil edəcək.

Yanvarın 27-də Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq arabir yağış, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3 şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yanvarın 27-də Abşeron yarımadasında gündüz güclü xəzri küləyi meteohəssas insanlar üçün əlverişsizdir.

AzVision.az


Teqlər:  





Xəbər lenti