AŞPA-nın nümayəndələri Baş Prokurorluqda olub
O, Ermənistan silahlı qüvvələri tərəfindən 25 ildən artıq müddət ərzində beynəlxalq hüququn normalarının pozularaq Azərbaycan ərazilərinin işğal altında saxlanılması, 1 milyondan artıq azərbaycanlının öz torpaqlarından didərgin salınaraq qaçqın və məcburi köçkünə çevrilməsi, BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılması barədə 4 qətnaməsinin bu günədək icra edilməməsini diqqətə çatdırıb.
Azərbaycana səfərindən məmnunluğunu ifadə edən Alan Desteks ətraflı məlumata görə təşəkkürünü bildirərək Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığını təqdir edib və məhkəmə-hüquq sistemində aparılan islahatlardan məmnun olduğunu bildirib.
Görüş zamanı insan haqlarının müdafiəsinin daha da gücləndirilməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonda qonaqlara Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış, Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Xocalıya ədalət” kitabı təqdim edilib.
Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edib.
AzVision.az