Əli Kərimlidən şikayətçilərə 500 manatlıq təklif - (SƏS YAZISI)

  21 Fevral 2017    Oxunub : 4028
Əli Kərimlidən şikayətçilərə 500 manatlıq təklif - (SƏS YAZISI)
Adı dəfələrlə mühacir biznesində, siyasi məhbuslardan mənafeyi üçün istifadədə hallandırılan “Yurd” sədri Əli Kərimli bu dəfə problemləri üçün müxtəlif instansiyalara müraciət edən insanlardan yararlanmağa çalışır.

AzVision.az xəbər verir ki, Cebhe.info-ya daxil olan məlumata görə, dəfələrlə şikayətlərinə ədalətli baxılmadığını bildirərək müxtəlif instansiyalara üz tutan şikayətçilər bu dəfə Əli Kərimli və ətrafı tərəfindən qalmaqala sürüklənib. Nəticədə uzun müddət bir-biri ilə tanış olan və birgəlik göstərən şikayətçilər arasında qarşıdurma yaradılıb. Onları əllərində vasitəyə çevirmək istəyənlərin isə “Yurd” rəhbərinin tapşırığına əsasən hərəkət etdiyini tədqim olunan səs yazılarından açıq-aydın bilmək olur. İstədiyinin alınmadığını görəndə isə onlar şikayətçilər arasında qarşıdurma yaratmaqla haqlını haqsıza çeviriblər. Məsələnin mahiyyətindən xəbərsiz olan ittiham qurbanları problemin haradan qaynaqlandığından da əvvəlcə məlumatlı olmayıblar.
Əslində nə baş verib? Səs yazıları hamısını deyir.

Əli Kərimlidən 500 manatlıq təklif...

Yasamal rayon sakini Sevda Süleymanova və onun qohumu Elimdar İsmayılov Cebhe.info-ya müraciət edərək barələrində cinayət işi açılan bir neçə şəxsin “Yurd” sədrinin əlaltılarıyla iş birliyinə cəhd edərək, müəyyən vasitələrlə onları tora salmaq istədiyini bildiriblər. Şikayətçilərin iddiasına görə, həmin şəxslər Bakının rayonlarından birindəki polis bölməsi ilə də əlbirdirlər. Bunun nəticəsində də həmin şəxslər istənilən təklifi edə bilirlər və bir növ özlərini “sığortalı” sayırlar. Elə buna görə də adları çəkilən şikayətçilərə qəfil təklif gəlib və bununla da qalmaqalın əsası qoyulub.

İndi öz dillərindən eşidək, görək hadisə necə baş verib: “Biz bir qrup şikayətçi mütəmadi olaraq problemlərimizlə bağlı dövlət qurumlarına üz tuturduq, müəyyən yerlərdə qəbula yazılırdıq. Hər dəfə eyni adamlarla görüşürdük deyə təxminən bir-birimizi tanıyırdıq. Bu adamları da - yəni, Ülviyyə Abdalova, Yeganə, Qorxmaz, Maya Cəfərova ( sonuncu ad və soyad şərtidir- A.A) və digərlərini oradan tanıyırdım. Təxminən bir ay əvvəl Prezident Aparatı yaxınlığındakı parkda keçirdiyimiz zəncirləmə aksiyasından sonra həmin adamlar qərara gəlmişdilər ki, yenidən əvvəlki yerdə “tumantökdü” (bunun açması nədir, heç şikayətçi özü də bilmir – A. A.) aksiyası təşkil etsinlər. Mən qeyri-adi və mənasını anlamadığım həmin aksiyada iştirakdan imtina etdim. O aksiyadan sonra adları çəkilən şikayətçilər polis bölməsinə aparılıb. Onların arasında Ülviyyə və Yeganə saatlarla bir otaqda saxlanılıb. Olay da elə o vaxtdan başlayıb. Aksiyada olmaya-olmaya həmin polis bölməsinin əməkdaşları bizi də bölməyə apardı. Halbuki biz Prezident Aparatının yaxınlığındakı parkda idik. Polis bölməsindən çıxandan sonra Ülviyyə ilə bizim evə gəldik. Ülviyyəni zəncirləmə aksiyasında tanımışdım. Onunla şikayəti ilə bağlı söhbətləşəndə məlum oldu ki, hər ikimizin yoldaşını eyni adamlar şərləyib həbs etdiriblər.

Ondan sonra problemimizlə bağlı dərdləşirdik. Amma əslində onu tanımamışam. Sonradan öyrəndim ki, Ülviyyə Abdalova müxtəlif şəxslərlə əlbirdir və barəsində iki cinayət işi açılıb. Ülviyyə ilə evimizdəydik, dedi ki, uşağının yeməyi bitib, almağa pulu da yoxdur. Körpə olduğu üçün yazığım gəldi, “Gedək sənin uşağına yemək alaq” dedim. Qapıdan çıxırdıq ki, Ülviyyənin telefonuna zəng gəldi. Zəng edən Yeganə idi. O vaxt Maya mənim telefonumdan Yeganənin nömrəsinə yığmışdı. Ülviyyə nömrəni söyləyəndə, Yeganə olduğunu xatırladım. Telefonla xeyli danışdılar. Soruşdum ki, Yeganə nə istəyir? Dedi, Qorxmaz Yeganəyə zəng edərək bir təkliflə çıxış edib. O, Əli Kərimlinin təkilatına qatılıb, bizə də təklif edir ki, hamımız gedək o təşkilata üzv yazılaq. Qorxmazın sözlərinə görə, Əli Kərimli deyib ki, hamının nömrəsi onlarda var, amma üç nəfərin - Sevda, Elimdar və Ülviyyənin nömrələri yoxdur. Əli Kərimli məhz o üç nəfərlə görüşmək istəyir. Mən Əli Kərimlinin nəyə görə bizimlə görüşmək istədiyini soruşdum. Halbuki, bizim nömrələrimiz hamıda var. Onlara dedim ki, bu, səmimi söhbət deyil. Əsas gətirdilər ki, guya Əli Kərimli mətbuatda bizimlə bağlı gedən bütün informasiyalarla, yazılarla tanışdır, istəyir ki, bizə kömək etsin. Dedim nəyə görə bizə kömək etmək istəyir? Bildirdilər ki, sizin halınıza acıyır. Ona görə də istətir ki, işinizə Avropa Məhkəmələrində baxılsın. Bunun üçün isə müəyyən vəsait lazımdır. Ona görə də Əli Kərimli xəbər göndərib ki, 500 manat versinlər bizə, onların işini Avropa Məhkəməsinə çıxaraq. Guya Leyla Yunus bizim şikayətlərimizlə maraqlanacaq və işi Avropa Məhkəməsinə, xarici mətbuata yönləndirəcək. Biz imtina etdik. Bildirdik ki, onlara inanmırıq, nə onlar deyən təşkilatın üzvü olmaq, nə də işin Avropa Məhkəməsinə çıxarılmasını istəyirik. Bu sözümdən sonra dedilər ki, özünüz bilərsiz. Bu məsələdən imtina etdik. Ülviyyə də bizim istəmədiyimizi görüb, razı olmadığını bildirdi. Amma zəng edənlər, yəni Qorxmaz və Yeganə səhəri gün Axundov bağında bu məsələ ilə bağlı görüşməyi təklif etdilər. Mənimlə Elimdar o görüşə getməyəcəyimizi dedik”.

Söhbət “Azadlıq” müxbirinə çatır...

Sevda Süleymanovanın sözlərinə görə, hadisədən üç gün keçəndən sonra məsələnin nə yerdə qaldığı ilə maraqlanıb: “Yeganəyə zəng etdim. Dedim, nə oldu Əli Kərimli ilə görüşdünüz? Özündən çıxdı ki, mən Əli Kərimlini tanımıram, sən məndən nə istəyirsən? Dedim, o günü Ülviyyə ilə danışan sən deyildin? Bəs 500 manat söhbəti nədir? “Əl çəkin, mənim cinayət işim var, Əziz Seyidov məni çağırıb” deyə telefonda qışqırmağa başladı.

Bu sözlərdən sonra Yeganə telefon danışığını yarımçıq kəsdi. Söhbət gedib “Azadlıq” qəzetinin müxbiri və Qənimət Zahidin “Azərbaycan saatı” verilişinin əməkdaşı Təzəxan Mirələmliyə çatıb. O ərəfədə isə Təzəxan Mirələmli xaricdə olub. Biz Təzəxanı əvvəlcədən də tanıyırdıq. Mən hansısa sənədi götürmək üçün Təzəxanın evinə getmişdim. Bu söhbət açıldı və Təzəxan məni ittiham etməyə başladı. Olanları anlatmağa çalışsam da dinləmək istəmirdi. Sanki o söhbətdə iştirak etmiş kimi ele hey deyirdi ki, guya Əli Kərimli söhbətini ortaya biz atmışıq. Nalayiq söyüşlərlə məni təhqir etdi. Dedi ki, siz Razi Nurullayevin adamısız, casussuz, bütün xəbərləri ora çatdırırsız. İndi də onun yanına gedin. Razi Nurullayevi tanımadığımı izah etməyə çalışsam da, Təzəxan öz dediyindən dönmürdü. Uzun mübahisədən sonra 102-yə də zəng etmək istədi, amma həyat yoldaşı buna imkan vermədi”.

“Bizi həbs etdirmək istəyirdilər”

Tərəflər arasında çəkişmə bitmək bilməyib. Qeyd edilən təkliflə çıxış edən Əli Kərimli “əlaltı”ları söhbətin böyüdüyünü görüb qorxuya düşüblər. Məsələdən yayınmaq üçün isə əvvəlcədən etdikləri söhbəti və təklifləri boyunlarından atmağa çalışıblar. Hətta bunun üçün əməlli-başlı hiylə də işlədiblər. Sevda Süleymanova qeyd edir ki, o söhbətdən bir neçə gün keçəndən sonra Qorxmaz onunla görüşmək istədiyini bildirib: “Vaxtımın olmadığını dedim. Saat təqribən 17:00 radələrində metronun “Nərimanov” stansiyası yaxınlığındakı yanındakı kafedə mən, Elimdar və Teymur Kərimli çay içirdik. Bu an Qorxmaz, Yeganə və Təzəxan kafeyə daxil oldular. Tələb etdilər ki, kafeni tərk edək. Xeyli mübahisədən sonra kafedən çıxmalı olduq. Küçəyə çıxanda Ülviyyə və Təzəxan tərəfindən onun evinə yerləşdirilmiş Flora adında xanımı gördük. Onlar üstümüzə hücum çəkdi. Hərə yaxasını bir tərəfə çəkərək, söhbətin tərəfimizdən çıxarıldığını iddia edirdilər. Aramızdakı çəkişmə bitmirdi. O an Təzəxan Mirələmli qohumum Elimdarın ünvanına dilə gəlməyən ifadələr səsləndirdi.

O, Elimdara polis bölməsində onun başına gətirilən oyunlardan xəbərdar olduğunu və bunu sübut edəcək dəlillərin mövcudluğunu bildirdi. Qalmaqal daha da dərinləşdi. Hətta Təzəxan Elimdara əl qaldırmağa da cəhd etdi. Amma yaxınlıqdakı polis əməkdaşlarının müdaxiləsindən sonra ara sakitləşdi. Beləcə, şər-böhtanla üz-üzə qaldıq. Təhqirlər, hücumlar bitmək bilmirdi, oranı tərk edib getdik. Mən hələ də təəccüb içindəyəm. Mən bu işin sonunadək gedəcəyəm və ortaya atılan söhbətin sahibini üzə çıxarıb, onu ifşa edəcəyəm. Mənim dərdlərim özümə bəsdir. Başıma iş açmasınlar”.

Əli Kərimlinin “əlaltı”ları təşviş içində...

Söhbətdən yaxalarını sıyırmağa çalışan “əlaltı”lar işlərinin çətinə düşdüyünü anlayıb Sevda Süleymanovadan üzrxahlıq etməyə başlayıblar. Əvvəlcə onlara 500 manatlıq təklif etdiklərini boyunlarından atmağa çalışsalar da səs yazıları bunun əksini subut edir. Səs yazılarındam məlum olur ki, Təzəxan Mirələmli onlara belə təklif etmədiyini iddia etsə də, şikayətçilər Milli Məclisin binası qarşısında onun şəxsən özünün bu təklifi səsləndirdiyini xatırladıblar: “Qərara gəldim ki, bu məsələni ictimailəşdirim. Hətta Nərimanov rayon Polis Bölməsinə məktub yazdığımı da onlara bildirdim. Çünki növbəti dəfə də şər-böhtanla üzləşə bilərəm. Mətbuata çıxmamağım üçün bu adamlar çox yalvardılar. Amma fikrimdən dönmədim. Çünki adları hallanan şəxslər bizim həyatımız üçün yenidən təhlükə törədə bilərlər. Yeganə və Ülviyyə barəsində iş açılıb. Təbii ki, onlar da özlərinə görə çəkinirlər. Ülviyyənin bir çox tanınmış şəxslə əlbir olduğu deyilir. Əlimdə onunla bağlı çox sayda sübutlar var. Tələbim budur ki, o söhbəti deyən ortaya çıxsın”.



AzVision.az


Teqlər: