Mehman Hüseynov həbs edildi - 2 il

Mehman Hüseynov həbs edildi - 2 il
  03 Mart 2017    Oxunub:2499
Bu gün Suraxanı rayon məhkəməsində Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin bloqqer Mehman Hüseynova qarşı verdiyi xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə prosesi keçirilib.
AzVision.az xəbər verir ki, dövlət ittihamçısı bloqqer Mehman Hüseynov barəsində 3 il azadlıqdan məhrumetmə cəzası tələb edib.

Hakim Ceyhun Qədimov qısa müşavirədən sonra qərarı açıqlayıb. Mehman Hüseynov 2 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Mehman Huseynova qarşı xüsusi ittiham qaydasında şikayəti Nəsimi rayon polis idarəsinin rəisi Musayev Musa Oktay oğlu verib. Mehman Hüseynovun Cinayət Məcəlləsinin 147.2-ci maddəsilə məsuliyyətə cəlb olunub.

Cinayət Məcəlləsinin 147.2-ci maddəsi Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma - iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

AzVision.az


Teqlər:





Xəbər lenti