Mobil rabitə xidmətlərinə lisenziya 10 illik veriləcək

Mobil rabitə xidmətlərinə lisenziya 10 illik veriləcək
  10 Mart 2017    Oxunub:1623
Bu gün Milli Məclisin son iclasında “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişiklik müzakirə olunub.
AzVision.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, layihədə “Lisenziyalar və icazələr haqqında” qanuna 22.1-1 maddəsinin əlavə edilməsi təklif olunur.

Yeni maddəyə əsasən, qanunun 2 nömrəli əlavəsinə (Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı) 4-1 maddəsi (sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə) əlavə edilir, bu bənd üzrə tələb olunan lisenziya 10 il müddətinə verilir.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Xatırladaq ki, Azərbaycanda hazırda bütün sahələr üzrə lisenziyalar (icazə) müddətsiz verilir.

Anar Kəlbiyev
AzVision.az



Teqlər: MilliMəclis  





Xəbər lenti