Türkiyədə 83 qeyri-qanuni miqrant tutulub

Türkiyədə 83 qeyri-qanuni miqrant tutulub
  14 Mart 2017    Oxunub:1343
Türkiyə Sahil Mühafizəsi Çeşmədə dəniz yolu ilə İtaliyaya keçməyə cəhd edən 83 qeyri-qanuni miqrantı saxlayıb. Onların əksəriyyətinin Suriya vətəndaşları olduğu bildirilir.

İlkin məlumata görə, miqrantların hər biri qanunsuz daşıyıcılara 5,5 ABŞ dolları ödəyib. Gəminin göyərtəsində həyata keçirilən əməliyyat zamanı miqrantların qanunsuz daşınmasında şübhəli bilinən 4 ekipaj üzvü saxlanılıb. Onlardan 3-nün ukraynalı olduğu qeyd olunur.

AzVision.az


Teqlər: Türkiyə   Miqrant  





Xəbər lenti