Özcan Dəniz yenə erməni mahnısı oxudu - Video

Özcan Dəniz yenə erməni mahnısı oxudu - Video
  07 Aprel 2017    Oxunub:97325
Türkiyənin məşhur müğənnisi Özcan Deniz yenidən erməni mahnısını ifa edib.

AzVision.az-ın məlumatına görə, sənətçinin erməni mahnısını oxuduğunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Ö.Dənizin bu addımı azərbaycanlı istifadəçilər tərəfindən etirazla qarşılanıb. Şərhlərdə Ö.Denizin erməni əsilli olduğunu haqda fikirlər yer alıb.

Qeyd edək ki, Ö.Dəniz bundan öncə də erməni dilində mahnı oxumaqla Azərbaycanda gündəmə gəlmişdi. O, haqlı etirazlardan sora Azərbaycandan üzr istəmişdi.




Hafiz Əhmədov
AzVision.az


Teqlər: ÖzcanDəniz   Erməni   Mahnı  





Xəbər lenti