Hərbi Akademiyada praktiki məşğələ keçirilib

Hərbi Akademiyada praktiki məşğələ keçirilib
  14 Aprel 2017    Oxunub:1389
Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik kursunun tədris proqramına uyğun olaraq dinləyicilər üçün Müdafiə Sənayesi Nazirliyinin müəssisəsində “Azərbaycanın hərbi-sənaye potensialı” mövzusunda praktiki məşğələ keçirilib.
Bu barədə AzVision.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Dinləyicilərə nazirliyin strukturu, vəzifələri, müəssisələrdə istehsal olunan hərbi təyinatlı məhsullar haqqında məlumat verilib. Onlar hərbi təyinatlı məhsulların istehsalı prosesi və hazır məhsullarla tanış olublar.

Praktiki məşğələdə müasir müharibələrdə yüksək texnologiyalı silahların rolu vurğulanaraq qeyd olunub ki, ötən ilin aprel döyüşlərində Ordumuzun düşmən üzərində əldə etdiyi qələbə müdafiə sənayemizin bu cür silahların istehsalı sahəsindəki nailiyyətlərini nümayiş etdirdi.

AzVision.az


Teqlər: HərbiAkademiya   MüdafiəNazirliyi  





Xəbər lenti