Ruhani ikinci dəfə prezident olmaq istəyir

Ruhani ikinci dəfə prezident olmaq istəyir
  14 Aprel 2017    Oxunub:1152
İran İslam Respublikasının Prezidenti Həsən Ruhani aprelin 14-də Daxili İşlər Nazirliyinə gələrək ikinci müddətə prezident seçilmək üçün namizədliyini qeydiyyatdan keçirib.
H.Ruhani İranda kifayət qədər təcrübəli siyasi xadimlərdən biridir. Prezident seçildikdən sonra İranın dünya ilə inteqrasiya olunması siyasətinə başlaması onun nüfuzunu daha da artırıb. Prezident H.Ruhani İranın nüvə proqramını məhdudlaşdırmaqla iqtisadi sanksiyaların böyük bir qisminin aradan qaldırılmasına nail oldu.

Xatırladaq ki, mayın 19-da İranda 12-ci prezident seçkiləri keçiriləcək. (AzərTAc)

AzVision.az


Teqlər: İran   Ruhani   Prezident   Seçki  





Xəbər lenti