Ermənistanda daha bir biabırçılıq: Səs verməyənlərin başına belə oyun açırlar

Ermənistanda daha bir biabırçılıq: Səs verməyənlərin başına belə oyun açırlar
  15 Aprel 2017    Oxunub:4144
Ermənistanda hakim Respublika partiyasından namizədliyi irəli sürülən icma liderlərinə, kənd bələdiyyə rəhbərlərinə, şəhər merlərinə, vilayət rəhbərlərinə rüşvət paylayan şəxslər sıravi kəndlilər tərəfindən aldadılıb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, seçicilər boş vədlər verən namizədlərin verdiyi pulları aldıqdan sonra səsvermə prosesində iştirak etməyib, pulları bölüşdürüb və xərcləyiblər.

Daha öncə qeyd etdiyimiz kimi, seçicilər tərəfindən aldadılan respublikaçı namizədlər verdiklərini geri tələb etməyə başlayıblar.

Erməni KİV-lərinin verdiyi məlumata görə, namizədlərdən biri vilayət rəhbərinə hədiyyə etdiyi avtomobili geri alıb, vədini yerinə yetirməyən icma rəhbərinin adına kredit götürüb.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Seçki  





Xəbər lenti