Bir evdə 4 nəfər yanaraq öldü

Bir evdə 4 nəfər yanaraq öldü
  15 Aprel 2017    Oxunub:1582
Rusiyada dörd nəfərin ölümü ilə nəticələnən güclü yanğın baş verib.
AzVision.az-ın “RİA Novosti” yə istinadən verdiyi xəbərə görə, yanğın Orenburq vilayətinin Kvarkeno kəndində baş verib.

Yanğını söndürüldükdən sonra evdə 48, 54 və 55 yaşlarında üç kişinin və 48 yaşında qadının yanmış meyiti aşkarlanıb.

İlkin məlumata görə, evdə səfil həyat tərzi keçirən dörd nəfər yaşayırmış. Yanğının səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər: Rusiya   Yanğın  





Xəbər lenti