Sarkisyan müxalifət lideri ilə görüşüb

Sarkisyan müxalifət lideri ilə görüşüb
  15 Aprel 2017    Oxunub:1282
Ermənistan prezidenti Serj Sarkisyan ölkə müxalifətinin ən güclü liderlərindən olan, seçkilərdən sonra ikinci yerdə qərarlaşan Qaqik Tsarukyanla görüşüb.
AzVision.az ermən KİV-lərinə istinadən xəbər verir ki, görüşlə bağlı ətraflı məlumat verilməsə də, əsas mövzu müxalif "Tsarukyan" ittifaqının Respublikaçılarla koalisiya yaradıb-yaratmayacağı olub.

Məlumatlara görə, bu məsələ yenə müəyyənləşdirilməyib.

Qeyd edək ki, Qaqik Tsarukyan Karen Karapetyan hökümətinin bir hissəsi olmağa meyilli deyil və Ermənistan parlıamentində müxalif mövqedə iştirak etməyə hazırlaşır. Serj Sarkisyan isə öz növbəsində 2018-ci il üçün yeni "planlar" üzərində işləyir.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Sarkisyan   Müxalifət  





Xəbər lenti