Məmmədyarovun İtaliya və Maltaya səfəri başlayıb

Məmmədyarovun İtaliya və Maltaya səfəri başlayıb
  17 Aprel 2017    Oxunub:1250
Xarici işlər naziri Elmar Məmmədyarov Malta və İtaliya Respublikasına rəsmi səfərə yola düşüb.
Bu barədə XİN-dən AzVision.az -adaxil olan məlumatda bildirilir.

Səfər çərçivəsində nazir Elmar Məmmədyarovun Malta və İtaliyandan olan həmkarları və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.

İtaliyaya səfər çərçivəsində Nazir Elmar Məmmədyarov Azərbaycan və İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə həsr olunmuş foto-sərginin açılışında iştirak edəcək və Beynəlxalq Təşkilatlar üzrə İtaliya Cəmiyyəti təşkilatında “Azərbaycanın xarici siyasəti və İtaliya ilə münasibətlər” mövzusunda mühazirə ilə çıxış edəcəkdir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Məmmədyarov   İtaliya   Malta   XİN  





Xəbər lenti