Bu avtobusun hərəkət istiqaməti dəyişdi

Bu avtobusun hərəkət istiqaməti dəyişdi
  17 Aprel 2017    Oxunub:1528
Aprelin 18-dən 123 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq qismən dəyişdiriləcək.
Bakı Nəqliyyat Agentliyindən AzVision.az-a verilən məlumata görə, buna səbəb Binəqədi-Novxanı avtomobil yolunda aparılan təmir işləri ilə əlaqədar olaraq sözügedən yolun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır.

Dəyişikliyə əsasən təmir işləri bitənədək 123 nömrəli marşrut xətti üzrə avtobuslar Masazır və Binəqədi şossesindən keçməklə hərəkət edəcək.

AzVision.az


Teqlər: marşrut   BakıNəqliyyatAgentliyi  





Xəbər lenti