Təhsil Şöbəsi təkzib edir: "Mövsüm müəllim heç kimi döyməyib" (VİDEO)
“Həmin məktəbin direktoru Təhsil Şöbəsinə çağırılıb, ondan izahat alınıb. Hazırda əməkdaşlarımız həmin məktəbdədirlər. Məsələ ilə bağlı araşdırma aparılır. Hadisədən televiziya vasitəsi ilə xəbər tutmuşuq. Ancaq çəkiliş zamanı bir neçə şagird bu faktı təsdiqləməyib. Onlar bildiriblər ki, müəllim Mövsüm Sadıqov heç kimi döyməyib”.
Qeyd edək ki, Tovuzun Qalaboynu kəndində müəllim şagirdi döyməsi ilə bağlı video yayılıb. Görüntülərin Tovuz rayonu Qalaboynu kənd məktəbində çəkildiyi, şagirdlərə qarşı zorakılıq edən müəllimin isə hərbi hazırlıq müəllimi Mövsüm Sadıqov olduğu bildirilir. Mövsüm Sadıqov isə görüntülərin montaj olduğunu, şagirdlərə zor tətbiq etmədiyini deyib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Tovuz Təhsil Məktəb Müəllim Şagird