Azərbaycanla Gürcüstan məsləhətləşmələr keçirib

Azərbaycanla Gürcüstan məsləhətləşmələr keçirib
  19 Aprel 2017    Oxunub:1391
Bu gün Bakıda Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və Gürcüstan xarici işlər nazirinin müavini David Dondua arasında iki ölkənin dövlət sərhədinin delimitasiyası məsələləri üzrə məsləhətləşmələr keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə həmçinin hər iki ölkənin Xarici İşlər nazirliklərinin nümayəndələri və Azərbaycanın əlaqədar dövlət orqanlarının ekspertləri iştirak ediblər.

Dövlət sərhəd xəttinin keçməsi ilə əlaqədar məsələlərə baxılıb və komissiya çərçivəsində gələcəkdə müəyyən sənədlərin işlənib-hazırlanması məqsədilə fikir mübadiləsi aparılıb.

Keçirilmiş məsləhətləşmələrin nəticəsi olaraq sərhəd xəttinin razılaşdırılmamış sahələri üzrə müzakirələrin davam etdirilməsi və komissiyanın növbəti iclasının Tbilisi şəhərində keçirilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi barədə razılığa gəlinib. Görüşün vaxtı diplomatik kanallar vasitəsilə müəyyən ediləcəkdir.

AzVision.az


Teqlər: Azərbaycan   Gürcüstan   XİN   sərhəd   delimitasiya  





Xəbər lenti