“BakuBus” sərnişinlərə müraciət etdi

“BakuBus” sərnişinlərə müraciət etdi
  01 May 2017    Oxunub:2752
Son günlər “BakuBus” avtobuslarının salonunda və qapılarda yerləşdirilmiş məlumat xarakterli nişanların, maarifləndirici lövhələrin bəzi sərnişinlər tərəfindən söküldüyü və zədələndiyi müşahidə olunmaqdadır.
Bu barədə "BakuBus"un Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a bildirilib. Qeyd olunub ki, bu işarələr əsasən, sərnişinlərin avtobusa daxil olma və avtobusdan çıxışını bildirən istiqamətverici nişanlardır:



“ “BakuBus” olaraq, bu kimi hallara yol verməklə qanunun tələblərini pozan sərnişinləri öz mənfi hərəkətlərindən çəkinməyə çağırırıq. Eyni zamanda bildiririk ki, ölkə qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan istifadə zamanı yol verilən bu kimi hərəkətlər həmin sərnişinlər üçün əlavə məsuliyyət yaradır. Belə ki, Nazirlər Kabinetinin 141 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na əsasən, sərnişinlərə avtonəqliyyat vasitəsini və onun avadanlığını zədələmək, salonunu zibilləmək və digər bu kimi mənfi hərəkətlərə yol vermək qadağandır”.



Məlumatda həmçinin, sərnişinin bu qaydaların tələblərinin pozulmasına, habelə daşıyıcıya, və ya avtomobil nəqliyyatı ilə sərnişin daşımalarının digər iştirakçılarına vurduğu maddi ziyana görə məsuliyyət daşıdığı vurğulanır:“ “BakuBus” həmin şəxslərin aşkar olunaraq hadisəni törətdikləri andakı videogörüntülərinin yayılması , qanunsuz hərəkətlərinin ictimailəşdirilməsi və onların bu əməlinə qarşı ictimai qınağın formalaşdırılması hüququnu özündə saxlayır. Hazırda avtobuslarımızda quraşdırılmış maarifləndirici lövhələrə və nişanlara yetirilmiş hər bir zədə faktı ilə bağlı araşdırılma aparılmaqdadır və yaxın günlərdə araşdırmanın nəticələri ilə bağlı ictimaiyyətə geniş məlumat veriləcəkdir. Bu kimi halları müşahidə edən sərnişinlərimizdən bu cür arzuolunmas hərəkətlərə biganə qalmamalarını, elə yerindəcə hadisəyə öz vətəndaş mövqeyini, münasibətlərini bildirmələrini və zərər yetirən şəxsin daha tez aşakar olunası üçün dərhal *4242 qaynar xəttinə zəng edib məlumat vermələrini xahiş edirik”.

Aytən Zəhra
AzVision.az


Teqlər: BakuBus   sərnişin  





Xəbər lenti