Nazir müharibə veteranları ilə görüşüb

Nazir müharibə veteranları ilə görüşüb
  08 May 2017    Oxunub:1261
Gənclər və idman naziri Azad Rəhimov İslam Həmrəyliyi oyunları Əməliyyat Komitəsində Böyük Vətən Müharibəsinin bir qrup veteranı ilə görüş keçirib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, A. Rəhimov veteranları Qələbənin 72-ci ildönümü münasibətilə təbrik edərək, onların vətən, xalq qarşısında əvəzsiz xidmətlərindən, gənc nəslə nümunə olmalarından danışıb və hər birinə can sağlığı arzulayaraq, bu səpkili görüşlərin ardıcıl olmasının vacibliyini bildirib.

Tədbirin yekununda nazir Azad Rəhimov Veteranlara IV İslam Həmrəyliyi oyunlarının açılış mərasiminə biletlər və eyni zamanda, Gənclər və İdman Nazirliyi tərəfindən hazırlanmış xüsusi hədiyyələr təqdim edib, onlarla xatirə şəkli çəkdirib.

AzVision.az


Teqlər: Azad-Rəhimov  





Xəbər lenti