BQXK əməkdaşları Elnur Hüseynzadə ilə görüşüb

BQXK əməkdaşları Elnur Hüseynzadə ilə görüşüb
  12 May 2017    Oxunub:2226
Ermənistan hərbçiləri tərəfindən girov götürülən Elnur Hüseynzadə ailəsinə məktub göndərib.
Bu barədə AzVision.az-a girovun atası Elman Hüseynov məlumat verib. O, bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları E. Hüseynzadəyə baş çəkiblər.

“Məktub çox qısadır. “Salam” və “sağ olun” sözləri yazılıb. Həmçinin oğlum vəziyyəti ilə bağlı yalnız bir söz yazıb: “Salamatam”. Elnura görə çox narahatam. O, bizim yeganə övladımızdır”.

Xatırladaq ki, Hüseynzadə Elnur Elman oğlu fevralın 1-də Ermənistan hərbçiləri tərəfindən, Tərtər rayonu, Talış kəndi istiqamətində girov götürülüb.

Hafiz Əhmədov
AzVision.az



Teqlər: Girov   BQXK  





Xəbər lenti