Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev çıxışında Cibuti və Azərbaycan arasındakı dostluq münasibətlərin hər iki ölkənin milli maraqlarına xidmət etdiyini və səfirliyin bundan sonra da bu əlaqələrin möhkəmləndirilməsi üçün tədbirləri davam etdirəcəyini bildirib.
Heydər Əliyev Fondunun nümayəndə heyəti Cibuti Respublikasının səhiyyə naziri Cama Elmi Okieh ilə görüşüb. Görüş zamanı nazir hədiyyə olunmuş tibbi avadanlığın ölkədə pediatriya xidmətinin güclənməsinə təkan verəcəyini qeyd edib və bu dəstəyə görə Azərbaycan xalqına, eləcə də Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.
AzVision.az