“Azərbaycana dəstək verməyə hazırıq” - Türkiyəli general
Tədbirdə belə görüşlərin müntəzəm keçirilməsinin qabaqcıl təcrübə mübadiləsi, eləcə də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından vacibliyi vurğulanıb, faydalı fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran məsələlər geniş müzakirə olunub.
Qonaqlar adından çıxış edən Türkiyə Ehtiyatda olan Zabitlər Təşkilatının sədri istefada olan korpus generalı Ərdoğan Karakuş səmimi qarşılandıqları üçün Müdafiə Nazirliyinin rəhbərliyinə öz minnətdarlığını bildirərək, qeyd edib ki, hər zaman olduğu kimi, bu gün də türk xalqı Azərbaycanla həmrəydir və bütün problemlərin həllinə dəstək verməyə hazırdır.
AzVision.az
Teqlər: Müdafiə-Nazirliyi Türkiyə General