İlham Əliyev yol tikintisinə pul ayırdı

İlham Əliyev yol tikintisinə pul ayırdı
  05 İyul 2017    Oxunub:1073
Prezident İlham Əliyev Tərtər rayonunun Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
AzVision.az-ın məlumatına görə, iyirmi dörd min nəfər əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirən Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7,0 (yeddi) milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

AzVision.az


Teqlər: İlham-Əliyev   Sərəncam  





Xəbər lenti