Hərbi attaşelər və xarici KİV nümayəndələri Alxanlıda
Səfər çərçivəsində onlar iyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə atəşə tutması nəticəsində həlak olmuş Allahverdiyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhranın həlak olduqları hadisə yeri ilə tanış olacaqlar və əraziyə baxış keçiriləcəkdir. Onlara baş vermiş hadisə barəsində yerindəcə ətraflı məlumat veriləcəkdir. Həmçinin onlar yaralı Quliyeva Sərvinaza baş çəkəcəklər.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: XİN cəbhə atəşkəs erməni-təxribatı