Hərbi attaşelər Zəhranın məzarını ziyarət ediblər - FOTOLAR
"Atəş nəticəsində iki sakin Allahverdiyeva Sahibə və Quliyeva Zəhra həlak olub. Kənd sakini Səlminaz Quliyeva isə yaralanıb. Bu, kənd sakinlərinə qarşı zorakılıqdır. 25 ildir ki, biz erməni zorakılığı ilə üzləşirik. Yaşayış zonasında heç bir məntəqə yoxdur. İyulun 4-də təxribat baş verən gün kənddə hərbçilər olmayıb. Hadisə zamanı Zəhra həyətdə oynayırmış.
Kəndimiz dəfələrlə Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub. Ermənistan tərəfi kənd təsərrüfatı işlərini görməyə imkan vermir. Su mənbələri işğal altında olan ərazilərdədir. Ermənilər tez-tez suyun qarşısını kəsir, sahəyə çıxan insanları atəşə tuturlar", - Alxanlı kənd icra nümayəndəsi İlham İsrafilov bildirb.
Kənd sakini Emin Həsənov isə deyib: "Alxanlıda baş verən hadisə 1992-ci ildə Xocalıda törədilən soyqırımın təkrarıdır. Mənim dünya birliyimdən xahişim budur ki, günahsız Zəhranın qətlinə, bu cinayətə reaksiya versinlər".
Eldar Tanrıverdiyev
Foto: Elvin Abdulla
AzVision.az
Teqlər: Alxanlı Füzuli Təxribat