Bakıda toz qatılığı normanı ötüb
Naxçıvan Muxtar Respublikasının ərazisində radiasiya təbii fonu yay fəsli üçün 8-21 mkR/saat – faktiki radiasiya şəraiti 10-12 mkR/saat olaraq qeydə alınıb və təbii fon daxilində dəyişib. Kiçik Qafqaz bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 5-21 mkR/saat – faktiki radiasiya şəraiti 9-11 mkR/saat arasında olub və təbii fon daxilində dəyişib. Böyük Qafqaz bölgəsində radiasiya təbii fonu yay fəsli üçün 5-26 mkR/saat – faktiki radiasiya şəraiti 9-18 mkR/saat arasında dəyişib (bu bölgədə dağ süxurlarının fiziki-kimyəvi xüsusiyyətlərindən asılı olaraq təbii fonun digər bölgələrə nisbətən yüksək olması bölgə üçün xarakterikdir). Mərkəzi Aran bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 6-18 mkR/saat – faktiki radiasiya şəraiti 10-17 mkR/saat arasında olub və təbii fon daxilində dəyişib. Lənkəran-Astara bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 5-19 mkR/saat – faktiki radiasiya şəraiti 8-11 mkR/saat arasında olub və təbii fon daxilində dəyişib.
Ümumilikdə gün ərzində respublikanın ayrı-ayrı bölgələrindən daxil olan müşahidə məlumatlarına əsasən təbii mühitin radiasiya fonunun norma daxilində dəyişdiyi qeydə alınıb.
AzVision.az