Azərbaycanlı gənclər BMT və ATƏT-ə müraciət ediblər

Azərbaycanlı gənclər BMT və ATƏT-ə müraciət ediblər
  07 İyul 2017    Oxunub:1165
Qazaxıstan Respublikasının Heydərçi Azərbaycanlı Gənclər Təşkilatı iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin iriçaplı silahlardan şiddətli atəşə tutulması nəticəsində mülki şəxslərin öldürülməsi ilə bağlı BMT və ATƏT-ə yazılı müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzVision.az-a verilən məlumata görə, müraciətdə Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı pislənilib.

Eyni zamanda, baş verən hadisənin beynəlxalq birlik və xaricdəki azərbaycanlılar tərəfindən narahatlığa səbəb olduğu vurğulanıb. Bildirilib ki, Qazaxıstandakı Azərbaycan diasporu bu hadisəni insanlıq əleyhinə yönəlmiş dəhşətli cinayət hesab edir.

Müraciətin sonunda Gənclər təşkilatının nümayəndələri BMT və ATƏT rəsmilərini baş verən hadisəyə biganə qalmamağa və Ermənistanın bu əməllərinə sərt reaksiya verməyə çağırıb.

AzVision.az


Teqlər: Azərbaycan   BMT   ATƏT   Alxanlı  





Xəbər lenti