Diasporla İş üzrə Dövlət Komitəsindən
AzVision.az-a verilən məlumata görə, aksiya iyulun 8-də saat 14.00-da Berlində, Brandenburq qapılarının qarşısında təşkil ediləcək. Mitinqdə Berlində və digər şəhərlərdə yaşayan soydaşlarımızın, diaspor təşkilatlarının təmsilçilərinin, türk və digər xalqların icmalarının nümayəndələrinin iştirakı gözlənilir. Aksiya iştirakçıları Berlin sakinlərinin və qonaqların diqqətini erməni vəhşiliklərinə yönəltmək məqsədilə müxtəlif şüarlar səsləndirəcək, sonda Almaniyanın rəsmi qurumlarına müraciət qəbul edəcəklər.
Etiraz aksiyası Almaniya Azərbaycan Evi, Azərbaycanlı Tələbə və Elmi İşçilər Birliyi və “Odlar Yurdu” cəmiyyətinin təşkilatçılığı ilə keçiriləcək.
AzVision.az