AzVisionun kadrları Berlin TV-də - VİDEO
“Berlində yaşayan azərbaycanlılar bazar günü Şarlottenburqda (Charlottenburg) yerləşən Ermənistan Respublikasının Səfirliyi qarşısında etiraz aksiyası keçirəcəklər. Etiraz aksiyasının keçirilməsinə səbəb Ermənistan ordusunun Dağlıq Qarabağ ərazisində qoşunların təmas xəttinin yaxınlığında yerləşən kəndin bombardman edilməsi nəticəsində, həmin kənd sakini 50 yaşlı qadının və onun 2 yaşlı nəvəsinin qətlə yetirilməsidir. Azərbaycan mətbuatının məlumatına əsasən, erməni əsgərlərinin məqsədi Azərbaycandakı dinc əhalinin hədəf almaqdır. Qeyd edək ki, Qafqazda olan Dağlıq Qarabağ münaqişəsi artıq onilliklərdir ki, davam etməkdədir”,- Berlin TV-nin yayımladığı materialda bildirilir.
Bu isə həmin süjetin getdiyi xəbərlər proqramının tam versiyasıdır:
AzVision.az
Teqlər: #Alxanlı #Zəhra #Berlin-TV