Çingiz Abdullayevdən jurnalistlərə sərt sözlər: "Adamı biabır edirlər"
Bunu AzVision.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin katibi, dünya şöhrətli yazıçı Çingiz Abdullayev deyib. O, haqqında qərəzli xəbərlər yayan KİV nümayəndələrini obyektiv olmağa, peşəkarlıq nümayiş etdirməyə çağırıb:
Adam danışmağa qorxur. Videoda mən danışıram, aşağıda isə başqa fikirlər qeyd olunur. Bundan sonra adam heç danışar? Nə deyirəmsə, onun əleyhinə yazırlar. Mənim dediklərimi dəyişib, başqa mənada yozurlar. Adamı biabır edirlər.
Bu yaxınlarda “Neftçi” klubu ilə bağlı məlumatlar yayılımışdı. Ukraynada axmağın biri demişdi ki, 1966-cı ildə “Neftçi” pul verərək qalib gəlib. Markarov bildirdi ki, bu yalandır. Mən də dedim, görürsünüz, yalan məlumatdır. Bunu çevirib başqa formada təqdim etdilər. Dedilər ki, guya Çingiz Abdullayev erməniləri sevir. Bu adamlara nə deyim axı?”.
Hafiz Əhmədov
AzVision.az
Teqlər: Çingiz-Abdullayev Xalq-yazıçısı