Düşmən Goranboyu atəşə tutub - 15 evə ziyan dəyib (Yenilənib)
Bu barədə AzVision.az-a kənd bələdiyyəsinin sədri Rafiq Yusifov bildirib. Onun sözlərinə görə, hazırda kənddə sakitçilikdir.
***
Erməni hərbi birləşmələri yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.
Goranboy rayonunun təmas xəttində yerləşən yaşayış məntəqələri iyulun 6-sı saat 23:00-dan 23:15-dək və iyulun 7-si saat 00:15-dən 00:30-dək iriçaplı silahlardan atəşə tutulub.
Nəticədə düşmənlə təmas xəttində yerləşən Tap Qaraqoyunlu kəndində 3 fərdi yaşayış evinin dam örtüyünə yüngül ziyan dəyib. İtki və tələfat yoxdur.
Qeyd edək ki, Ermənistan ordusu iyulun 4-də Azərbaycana qarşı növbəti qanlı cinayətini həyata keçirib. Füzulinin Alxanlı kəndinin düşmən tərəfindən ağır artilleriyadan atəşə tutulması nəticəsində 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olub. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.(APA)
Hafiz Əhmədov
AzVision.az