“ABŞ hər zaman Azərbaycanı dəstəkləyəcək” - Robert Sekuta

“ABŞ hər zaman Azərbaycanı dəstəkləyəcək” - Robert Sekuta
  08 İyul 2017    Oxunub:2543
ABŞ-ın Müstəqillik Günü münasibəti ilə bu ölkənin Azərbaycandakı səfirliyində rəsmi qəbul keçirilib.

AzVision.az-ın verdiyi xəbərə görə, qəbulda çıxış edən səfir Robert Sekuta bildirib ki, müstəqilliyin 241 illiyi ABŞ-la Azərbaycanın diplomatik münasibətlərinin 25 illiyinə təsadüf edir:
"Azərbaycanda ilk müstəqillik 1918-ci ildə elan olunub. Bu dövlət qadınlara səsvermə hüququ verən il respublika olub. Bu, ABŞ-dan daha əvvəl olub və Azərbaycan haqlı olaraq bununla fəxr edir".

Səfir bildirib ki, müstəqilliyinin ilk günlərindən ABŞ hər zaman Azərbaycanın yanında olub: "Biz müstəqil, sabit inkişaf edən və demokratik Azərbaycanı hər zaman dəstəkləyəcəyik".

Robert Sekuta jurnalistlərə açıqlamasında isə bildirib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə sadiqdir.

Diplomatın fikrincə, bu yaxınlarda baş verən dəhşətli hadisə göstərdi ki, münaqişənin həlli üçün dinc, danışıqlar yolu ilə irəliləmək vacibdir: “Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Münaqişə tərəfləri bir araya gələrək münaqişənin danışıqlar və sülh yolu ilə nizamlanmasına nail olmalıdır".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ABŞ   Azərbaycan   Səfir   Robert-Sekuta  





Xəbər lenti