Turistləri aldadan taksi sürücülərinin "bazarı" bağlanır
Bu barədə AzVision.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
M.Ağayev bildirib ki, ölkımizə gələn turistlərin bu qiymətlərdən xəbərdar olması üçün bütün lazımi tədbirlər görüləcək, məlumat vermə vasitələrindən istifadə olunacaq.
"Hava limanında fəaliyyət göstərən taksilərlə bağlı ayrıca layihəmiz olacaq və həmin layihə çərçivəsində turistlər hava limanından şəhərin mərkəzinə gələn zaman artıq məbləğ ödəməyəcəklər, aldadılmayacaqlar".
M.Ağayev qeyd edib ki, taksilərdə vahid qiymət əsasən müxtəlif kriteriyalar əsasında formalaşacaq. "Vahid qiymətlə bağlı detallar hələ formalaşmayıb. Ola bilsin ki, qiymətlər əraziyə, günün saatlarına görə dəyişsin. Bu qərar paytaxtda fəaliyyət göstərən istər fərdi, istər sifarişli taksilərin hamısına şamil ediləcək. Ola bilər ki, burada spesifik yanaşmalar tətbiq edilsin, lakin tam dəqiqləşmədiyi üçün detallar bəlli deyil".
Aytən Zəhra
AzVision.az
Teqlər: BNA Taksi Sürücü Qiymət