Azərbaycan əleyhinə olan qərəzli qətnamə rədd edildi
AzVision.az xəbər verir ki, bu barədə ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev "Twitter" hesabında yazıb. Azay Quliyev bu işdə əməyi olan həmkarlarına təşəkkür edib.
Qeyd edək ki, Şərqi Avropada vəziyyət haqqında qətnamə layihəsində “Rusiyada, Belarusda və Azərbaycanda demokratik inkişafın pisləşməsindən, insan hüquqlarının davam edən və çoxalan pozuntularından, həmçinin siyasi müxalifətin, vətəndaş cəmiyyətinin, jurnalistlərin və digər azadlıq müdafiəçilərinin ağır vəziyyətindən qayğı” bildirilirdi.
İsveçli deputat Kristian Holm-Barenfeldin müəllifi olduğu bu qətnamə Azərbaycan, Rusiya və İsveçrə nümayəndələri tərəfindən kəskin tənqid edilmişdi. Bu gün plenar iclasda isə tam rədd edildi.
AzVision.az
Teqlər: ATƏT-PA Azay-Quliyev Qətnamə