“Siz uşaq qatillərisiniz” - Londonda erməni vəhşiliyinə etiraz (FOTO)

“Siz uşaq qatillərisiniz” - Londonda erməni vəhşiliyinə etiraz (FOTO)
  10 İyul 2017    Oxunub:3818
Ermənistanın son təxribatı nəticəsində Füzuli rayonunun Alxanlı kəndində Sahibə Allahverdiyevanın və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olması, həmçinin Səlminaz Quliyevanın ağır yaralanması ilə əlaqədar işğalçı ölkənin Londondakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib.
Aksiyada azərbaycanlılarla yanaşı, ermənilərin terrorçu əməllərini qınayan əcnəbilər də iştirak ediblər.

Əllərində həmvətənlərimizin həlak olması və ermənilərin terrorçu siyasətləri ilə bağlı faktların əks olunduğu plakatlar tutan aksiya iştirakçıları “Biz ədalət istəyirik”, “Qarabağ Azərbaycanındır” və “Siz uşaq qatillərisiniz” kimi şüarlar səsləndiriblər. (AzərTAc)





AzVision.az


Teqlər: London   Alxanlı   Ermənistan   Etiraz  





Xəbər lenti