İlham Əliyev fəxri konsullar təyin edib - Sərəncam

İlham Əliyev fəxri konsullar təyin edib - Sərəncam
  12 İyul 2017    Oxunub:2096
Azərbaycan Prezidenti İlham Əliyev H.Mantsenrayterin Avstriya Respublikasının Klaqenfurt am Vörterse şəhərində Azərbaycan Respublikasının fəxri konsulu təyin edilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncama əsasən, Helmut Mantsenrayter Avstriya Respublikasının Klaqenfurt am Vörterse şəhərində Azərbaycan Respublikasının fəxri konsulu təyin edilib.

Azərbaycan Prezidentinin digər sərəncamı ilə Andreas Köniqsberqer Avstriya Respublikasının Sankt Pölten şəhərində Azərbaycan Respublikasının fəxri konsulu, Tarıg Hamza Zeynəlabdin isə Azərbaycan Respublikasının Sudan Respublikasında fəxri konsulu təyin olunub.

Xarici İşlər Nazirliyinə sənəddən irəli gələn məsələləri həll etmək tapşırılıb.

AzVision.az


Teqlər: İlham-Əliyev   Sərəncam   Konsul  





Xəbər lenti