“Rüşvət verənlər alanlardan çoxdur” - Kamran Əliyev

10:39   17 İyul 2017    Oxunub: 4322
“Rüşvət verənlər alanlardan çoxdur” - Kamran Əliyev

2017-ci ilin birinci yarım ili ərzində məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 12,804,958 manat ziyanın ibtidai araşdırma mərhələsində 3,612,243 manat və ya 28,2 faiz ödənilməsi təmin edilib.AzVision.az-ın xəbərinə görə, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulması ilə yanaşı qanunla nəzərdə tutulmuş digər tədbirlər görülüb.

“Ölkədə rüşvət vermə cinayətləri rüşvət alma cinayətlərindən çoxdur”-deyən K. Əliyev qeyd edib ki, hesabat dövründə korrupsiyaya qarşı mübarizə sahəsində Baş İdarə əməkdaşları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib, araşdırılması üçün aidiyyəti üzrə müvafiq qurumlara göndərilmiş müraciətlər üzrə aparılmış xidməti yoxlamalar nəticəsində isə vəzifəli şəxslərin hərəkətlərində aşkar edilmiş cinayət xarakterli olmayan hüquqpozmalar üzrə 12 vəzifəli şəxs xəbərdarlıq, 5 vəzifəli şəxs töhmət, 2 vəzifəli şəxs şiddətli töhmət növündə intizam məsuliyyətinə cəlb edilib: “10 nəfər isə vəzifəsindən azad edilib. Habelə, araşdırmalar nəticəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə bir daha təkrar törədilməməsi üçün müxtəlif dövlət qurumları və vəzifəli şəxslərə 1 təqdimat göndərilib”.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: korrupsiya   Kamran-Əliyev    




Rubrikanın digər yazıları