Elmar Vəliyev xəstəxana açılışında - Fotolar
Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanası, İnfeksion Xəstəliklər Xəstəxanası, 6 saylı şəhər Poliklinikası, Stomatoloji Poliklinikanın əsaslı təmir olunduqlarını xatırladan Elmar Vəliyev bu işlərin müntəzəm olaraq davam edəcəyini vurğulayıb.
Endokrinoloji xəstəxanaya baxış keçirildikdən sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev burada yaradılan şəraiti yüksək qiymətləndirərək öz tapşırıq və tövsiyələrini verib. Bildirək ki, il ərzində xəstəxanaya Gəncə şəhərindən və ətraf rayonlardan 400-dək xəstə daxil olur, 40-dək cərrahi əməliyyat aparılır.
AzVision.az
Teqlər: Gəncə