600-dən çox bal topladılar, amma universitetə qəbul olmadılar

  15 Avqust 2017    Oxunub : 28590
600-dən çox bal topladılar, amma universitetə qəbul olmadılar

Bu il qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan 4 nəfər ali təhsil müəssisələrinə qəbul ola bilməyib.

Bu barədə AzVision.az-a təhsil eksperti Kamran Əsədov məlumat verib. O bildirib ki, III ixtisas qrupunda 660-dan yuxarı bal toplayan 2 nəfər, IV ixtisas qrupunda isə 620-dən yuxarı bal toplayan bir nəfər, 640-dan yuxarı bal toplayan bir nəfər kəsilib. Bunlar Azərbaycan bölməsinin abituiyentlərdir.

“I ixtisas qrupunda 500 baldan yuxarı 2 nəfər, 400 baldan yuxarı 4 nəfər, II ixtisas qrupunda 430 baldan yuxarı 3 nəfər, 400-dən yuxarı 16 nəfər, III ixtisas qrupunda 500 baldan yuxarı 14 nəfər, 400 baldan yuxarı 57 nəfər, IV ixtisas qrupunda isə 500 baldan yuxarı 17 nəfər, 400 baldan yuxarı 51 nəfər kəsilib”.

K.Əsədov qeyd edib ki, buna səbəb abituriyentlərin düzgün ixtisas seçimi etməmələridir: “Onlar kodlaşdırma zamanı keçən ilki balları əsas götürüblər. Orada bal nisbidir. Keçən il ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər az idi. Bu il iki dəfə imtahan olduğu üçün abituriyentlərin nəticələri yüksəlib. Hər zaman valideynlərə bildirirdim ki, təkcə ötən ili deyil, 2 il əvvəlki nəticələrə də baxın.

III ixtisas qrupunda 660 baldan yuxarı toplayanlar Hüquq fakültəsinin ödənişsizini yazıblar. Bu il isə Hüquqda keçid balı 671 oldu. Onlar isə 669 balla kəsildilər. I ixtisas qrupunda 350 baldan yuxarı 23 nəfər, II ixtisas qrupunda 350 baldan yuxarı 31 nəfər, III ixtisas qrupunda 350 baldan yuxarı 192 nəfər, IV ixtisas qrupunda 350 baldan yuxarı 73 nəfər kəsilib. Biabrçı vəziyyətdir”.

Aytən Zəhra
AzVision.az

Teqlər: İmtahan   Universitet