Prezident Göygölə pul ayırdı

Prezident Göygölə pul ayırdı
  21 Avqust 2017    Oxunub:1402
Prezident İlham Əliyev Göygöl şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Göygöl şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və fasad hissələrinin əsaslı təmiri üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Göygöl Rayon İcra Hakimiyyətinə üç milyon manat, o cümlədən abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün iki milyon manat, 40 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və fasad hissəsinin əsaslı təmiri üçün bir milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Göygöl   Sərəncam  





Xəbər lenti