28 rayonun su problemi həll olunacaq
"Əhalinin içməli su ilə təmin edilməsi məqsədilə 28 rayonun 271 min nəfərdən çox əhalisi olan 170 yaşayış məntəqəsində (siyahı əlavə olunur) içməli su təchizatı sisteminin qurulması üçün “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.53-cü bəndində nəzərdə tutulmuş 14,0 (on dörd) milyon manat “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın".
Prezident İlham Əliyevin cari il martın 17-də imzaladığı sərəncamda 22 rayonun 267 min nəfərdən çox əhalisi olan 170 yaşayış məntəqəsi qeyd olunmuşdu.
AzVision.az
Teqlər: İlham-Əliyev