Bakının havası çirklənib

Bakının havası çirklənib
  24 Avqust 2017    Oxunub:1596
23 avqust 2017-ci il tarixində Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin laboratoriyalarında аtmоsfеr hаvаsından götürülmüş nümunələr, su nümunələri, torpaq nümunələri üzərində analizlər aparılıb, həmçinin Respublikanın hava hövzəsində rаdiоакtiv çirкlənmə üzrə müşаhidələr keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, 23 avqust 2017-ci il tarixində atmosfer havasının çirklənməsinin monitorinqi zamanı Bakı şəhərində əsas çirkləndiricilərdən olan azot 4-oksidin birdəfəlik maksimal qatılığının 1.3, toz 3.0, furfurolun isə 1.2 dəfə YVQH-ni (yol verilən qatılıq həddi) keçdiyi məlum olub. Sumqayıt şəhərində əsas çirkləndiricilərdən olan azot 4-oksid 1.2, xlor isə 1.3 dəfə YVQH-ni keçib. Mingəçevir, Gəncə, Şəki və Naxçıvan şəhərlərində isə atmosfer havasında çirkləndirici maddələrin miqdarı sanitar norma daxilində olub.

23 avqust 2017-ci il tarixində Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin Su şöbəsinə 2 su nümunəsi üzərində aparılmış 4 analiz nəticələri daxil olub. Daxil olan analiz nəticələrinin təhlilində əsas çirkləndiricilərdən olan fenolların miqdarı Kür çayı Mingəçevir şəhəri müşahidə məntəqəsində 2 dəfə YVQH-ni keçib. Bu məntəqələrdə sintetik səthi aktiv maddələrin miqdarı isə norma daxilində olub.

23 avqust 2017-ci il tarixində torpaqların fon tərkibinin monitorinqi zamanı 11 müşahidə məntəqəsindən 11 torpaq nümunəsi götürülərək kimyəvi analiz aparılıb. Analizin nəticələri norma daxilində olub.

Ətraf mühitin radiasiya fonu üzrə müşahidələr Respublikanın bütün bölgələrində gün ərzində 3 dəfə olmaqla (09:00, 15:00, 18:00 saatlarında) və 6 transsərhəd ərazilərdə (Astara, Beyləqan, Sədərək-Naxçıvan MR, Ağstafa, Quba rayonları və Pirallahı adası-Bakı) fəaliyyət göstərən tam avtomatlaşdırılmış onlayn erkən radioloji xəbərdarlıq monitorinq nəzarəti sistemi vasitəsilə fasiləsiz olaraq aparılıb.

Belə ki, Bakı-Abşeron bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 6-17 mkR/saat – faktiki radiasiya şəraiti 8-10 mkR/saat arasında olub və təbii fon daxilində dəyişib. Naxçıvan MR-in ərazisində təbii radiasiya fonu yay fəsli üçün 8-21 mkR/saat – faktiki radiasiya şəraiti 10-12 mkR/saat olaraq qeydə alınıb və təbii fon daxilində dəyişib. Kiçik Qafqaz bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 5-21 mkR/saat – faktiki radiasiya şəraiti 9-13 mkR/saat arasında olub və təbii fon daxilində dəyişib. Böyük Qafqaz bölgəsində radiasiya təbii fonu yay fəsli üçün 5-26 mkR/saat – faktiki radiasiya şəraiti 10-24 mkR/saat arasında dəyişib (bu bölgədə dağ süxurlarının fiziki-kimyəvi xüsusiyyətlərindən asılı olaraq təbii fonun digər bölgələrə nisbətən yüksək olması bölgə üçün xarakterikdir).

Mərkəzi Aran bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 6-18 mkR/saat – faktiki radiasiya şəraiti 10-19 mkR/saat arasında olub və təbii fon daxilində dəyişib. Lənkəran-Astara bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 5-19 mkR/saat – faktiki radiasiya şəraiti 8-11mkR/saat arasında olub və təbii fon daxilində dəyişib. Ümumilikdə gün ərzində Respublikanın ayrı-ayrı bölgələrindən daxil olan müşahidə məlumatlarına əsasən təbii mühitin radiasiya fonunun norma daxilində dəyişdiyi qeydə alınıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: ETSN   hava  





Xəbər lenti