Ermənilər avqustda atəşkəsi 4093 dəfə pozub

Ermənilər avqustda atəşkəsi 4093 dəfə pozub
  31 Avqust 2017    Oxunub:1332
Avqust ayında erməni silahlı bölmələri atəşkəs rejimini 4093 dəfə pozub.
AzVision.az-ın Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, avqust ayında erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və qumbaraatanlardan da istifadə etməklə Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

Silahlı Qüvvələrin Ağdam, Füzuli, Cəbrayıl, Tərtər, Xocavənd, Goranboy, Qazax, Gədəbəy, Tovuz, Göygöl və Ağstafa rayonlarında yerləşən mövqeləri erməni silahlı bölmələrinin atəşinə məruz qalıb.

Bütün cəbhə boyu əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altında olub.

Avqustun 8-də gündüz saatlarında cəbhənin Xocavənd-Füzuli istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib. Dərhal görülən tədbirlər nəticəsində geri çəkilməyə məcbur edilən təxribat qrupunun bir üzvü sərrast atəşlə məhv edilib.

Avqust ayında silahlı qüvvələrimiz heç bir itki verməyib.

Xatırladaq ki, düşmən iyul ayında atəşkəs rejimi 4065 dəfə pozub

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Atəşkəs   Cəbhə   Təxribat  





Xəbər lenti