“ASAN Kommunal”dan daha bir yenilik

“ASAN Kommunal”dan daha bir yenilik
  05 Sentyabr 2017    Oxunub:2000
Sentyabrın 5-dən vətəndaşlar ölkə üzrə qeydiyyat məhdudiyyəti olmadan 1 və 2 saylı “ASAN Kommunal” mərkəzlərinə müraciət edərək kommunal xidmətlərdən yararlana bilər.
Bu barədə AzVision.az-a “ASAN Xidmət”dən bildirilib. “ASAN Kommunal” mərkəzlərində vətəndaşlara “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB-nin 45 növ xidməti təqdim olunur.

Vətəndaşlar “ASAN Kommunal” mərkəzlərində göstərilən xidmətlər barədə ətraflı məlumatı 108 Çağrı mərkəzi, www.asan.gov.azinternet səhifəsi vasitəsi ilə əldə edə bilərlər.

“ASAN Kommunal” mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.

AzVision.az


Teqlər: ASAN-Kommunal  





Xəbər lenti