16 məktəb direktoru işdən çıxarılıb

16 məktəb direktoru işdən çıxarılıb
  11 Sentyabr 2017    Oxunub:3303
“Ötən tədris ilində Bakı şəhər üzrə Təhsil İdarəsinin 1 əməkdaşı, 15 təhsil müəssisənin rəhbəri, 13 direktor müavini, 2 müəllim, 1 laborant,1 günüuzadılmış qrup rəhbəri vəzifədən azad edilib”.
AzVision.az xəbər verir ki, bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva paytaxtın təhsil işçilərinin ənənəvi sentyabr konfransında bildirib. Onun sözlərinə görə, səlahiyyətlərində sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və digər neqativ hallar nəticəsində 3 ümumtəhsil müəssisəsinin fəaliyyəti ilə bağlı toplanmış sənədlər aidiyyatı üzrə prokurorluq orqanlarına göndərilib.

M.Vəliyeva qeyd edib ki, aparılan araşdırmaların nəticələri əsasında qeyd edilən şəxslərdən başqa, BŞTİ-nin 1 əməkdaşı, 16 məktəb direktoru, 31 direktor müavini, 78 müəllim intizam məsuliyyətinə cəlb edilib, 3 direktor müavininə, 78 müəllimə xəbərdarlıq edilib.

Eyni zamanda, görülən tədbirlər nəticəsində arıq ödənilmiş 17030,86 manat məbləğin dövlət büdcəsinə qaytarılması təmin edilib.

Aytən Zəhra
AzVision.az



Teqlər: məktəb   direktor  





Xəbər lenti