Deputatlar Rusiyaya gedəcək

Deputatlar Rusiyaya gedəcək
  12 Sentyabr 2017    Oxunub:1640
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlar Mixail Zabelin və Rövşən Rzayev “Moskva-Bakı mehvəri: Qafqazın yeni geosiyasətinə doğru” mövzusunda keçiriləcək konfransda iştirak etmək üçün sentyabrın 12-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər edəcəklər.
Milli Məclisinmətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, konfrans Rusiya-Azərbaycan münasibətlərinin hazırki durumu və gələcək perspektivlərinin dəyərləndirilməsi, xüsusilə Qafqazda təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində iki ölkə arasında əməkdaşlığın inkişafı məsələlərinə həsr olunub.

Tədbir iştirakçıları Azərbaycanın beynəlxalq siyasətdə rolu, Rusiya-Azərbaycan əlaqələrinin dərinləşməsi, regiondakı mövcud problemlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, habelə mədəniyyət, təhsillə bağlı məsələləri müzakirə edəcəklər.

Səfər sentyabrın 16-da başa çatacaq.

AzVision.az


Teqlər: MilliMəclis  





Xəbər lenti